\
11 Oktyabr 2024 - Cümə

Eldar Əzizov "X-Lady" mağazasındakı yanğınla bağlı açıqlama verib - "Səbəbləri araşdırılacaq"

Eldar Əzizov "X-Lady" mağazasındakı yanğınla bağlı açıqlama verib - "Səbəbləri araşdırılacaq"
1398baxış

Bakının Nizami rayonu ərazisində yerləşən "X-Lady" mağazasında səhər saatlarında başlayan yanğın söndürülüb.

Musavat.com xəbər verir ki, hadisə yerinə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov da gəlib.

Eldar Əzizov mətbuata açıqlamasında bildirib ki, yanğının baş vermə səbəbləri araşdırılacaq: "Heç bir ölkə belə hadisələrdən sığortalanmayıb. Nizami rayonunun paytaxtın digər rayonlarından fərqi burada ticarət obyektləri baxımından sıxlığın yüksək olmasıdır. Ona görə də gələcəkdə belə hadisələrdən sığortalanmaq üçün bu istiqamətdə lazımi işlər görülür. Yanğının baş vermə səbəbləri obyektiv qaydada araşdırılacaq".

Mediapress.az