\
11 Oktyabr 2024 - Cümə

Tanınmış aparıcı ATV-dən getdi

Tanınmış aparıcı ATV-dən getdi
1553baxış

Tanınmış aparıcı Ceyhun Səfərov ATV kanalından ayrılıb. Dünən kanalın Xəbərlər departamentinin işciləri ilə yığıncaq keçirilib və ATV kanalının rəhbəri Azər Xəlilov jurnalistə təşəkkürnamə təqdim edib.

A.Xəlilov mühüm dövlət qurumlarından birinin Ceyhun Səfərovun xidmətlərinə ehtiyac duyduğunu bildirib.

Çıxışında Ceyhun Səfərov da ATV-də qazandığı bilik və bacarıqlarının bundan sonrakı işində rol oynayacağına əminliyini vurğulayıb.

Aparıcının hansı dövlət qurumunda işə düzəldiyi məlum deyil. (axar)