\
11 Oktyabr 2024 - Cümə

Daxili İşlər naziri: “Polisin insanların güvənc yerinə çevrilməsi yönümündə fəaliyyət sistemli şəkildə davam etdirilməlidir”

Daxili İşlər naziri: “Polisin insanların güvənc yerinə çevrilməsi yönümündə fəaliyyət sistemli şəkildə davam etdirilməlidir”
1419baxış

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tələb və göstərişlərinə uyğun olaraq ölkədə vətəndaş məmnunluğunun təmin edilməsi, polisin insanların güvənc yerinə çevrilməsi, bütövlükdə cəmiyyətdə polisin nüfuzunun daha da yüksəldilməsi yönümündə fəaliyyət sistemli şəkildə davam etdirilməlidir”.

“Report”un xəbərinə görə, bunu Daxili İşlər Nazirliyində (DİN) keçirilənəməliyyat müşavirəsində Daxili İşlər naziri, polis general-leytenantı Vilayət Eyvazov deyib.

Qarşıya qoyulmuş mühüm vəzifələrdən danışan Daxili İşlər naziri bu sırada polisin qanunla müəyyən edilmiş vəzifələrinin hər bir struktur qurumda operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında həyata keçirməsinin, əməkdaşların etik davranış qaydalarına ciddi əməl etmələrinin, bu işə nəzarətin gücləndirilməsinin zərurliyini və müvafiq istiqamətlərdə fəaliyyətin sistemli şəkildə davam etdirilməsini tələb edib.