\
11 Oktyabr 2024 - Cümə

Azərbaycanın daha bir boksçusu II Avropa Oyunları ilə vidalaşıb

Azərbaycanın daha bir boksçusu II Avropa Oyunları ilə vidalaşıb
1432baxış

Azərbaycan boksçusu Məsud Yusifzadə Belarusun paytaxtı Minskdə keçirilən Avropa Oyunlarında çıxışını başa vurub. 

Mediapress.az xəbər verir ki, 52 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/8 finalda Ukrayna təmsilçisi Dmitri Zamotayevlə qarşılaşıb.

Rəqibinə məğlub olan (1:4) Yusifazadə II Avropa Oyunları ilə vidalaşıb.

Qeyd edək ki, bu gün Tayfur Əliyev (56 kq) 1/8 finalda uduzaraq medal şansını itirib.