\
11 Oktyabr 2024 - Cümə

Fəzail Ağamalı: “Sabiq deputatların pensiyası artırılmalıdır”

Fəzail Ağamalı: “Sabiq deputatların pensiyası artırılmalıdır”
1457baxış

Milli Məclisin deputatı Fəzail Ağamalı parlamentin bu gün keçirilən plenar iclasında pensiyada olan deputatların pensiyasının artırılmasını təklif edib.

O,  deyib ki, sabiq deputatlar ona müraciət ünvanlayıblar.

“Sabiq deputatlar mənə müraciət ediblər ki, Milli Məclisdə pensiya məsələsinə baxılsın. Onlar pensiyanın məbləğindən narazılıq edirlər”, deyə o vurğulayıb. 

Deputat dövlət qurumlarına müraciət edərək bu məsələyə baxılmasını xahiş edib. (report)

Mediapress.az