\
11 Oktyabr 2024 - Cümə

Səudiyyə naziri: “OPEC+ sazişini mart ayının sonuna qədər uzatmaq düzgün olardı”

Səudiyyə naziri: “OPEC+ sazişini mart ayının sonuna qədər uzatmaq düzgün olardı”
1327baxış

OPEC+ sazişini 2020-ci ilin mart ayının sonuna qədər uzatmaq düzgün olardı, amma bazar stabilləşərsə, müddəti dekabra da azaltmaq olar.

“Report” “İnterfax” agentliyinə istinadən xəbər verir ki, bunu Səudiyyə Ərəbistanın energetika naziri Xalid əl-Faleh bildirib:

"Biz sazişin müddətinin uzadılmasında çevik davranacağıq, əgər ehtiyatlar dekabr ayına balanslaşdırılarsa, onda müddəti azaltmaq olar. Amma martın sonuna qədər saxlamaq düzgün olardı”.

Onun sözlərə görə, bəzi OPEC üzvləri sazişin müddətinin sadəcə 6 ay uzadılmasında təkid etməyə davam edirlər.