Neft hasilatının azaldılmasına dair razılaşmanın müddəti uzadılıb
1354
Avstriyanın paytaxtı Vyanada keçirilən OPEC Nazirlər Şurasının iclasında qərara alınmış neft hasilatının azaldılmasına dair razılaşmanın müddəti 9 ay uzadılıb.
Mediapress.az “Bloomberg” və “Reuters”ə istinadən xəbər verir ki, bu barədə görüş iştirakçıları bildiriblər.
TASS isə nazirlərin qapalı iclas keçirdiklərini, yekun qərarın hələlik verilmədiyini xəbər verir. Nümayəndələrdən biri qeyd edib ki, məsələ 99 faiz razılaşdırılıb.