\
11 Oktyabr 2024 - Cümə

Bakı klubu afrikalı hücumçunun transferin dən imtina edib

Bakı klubu afrikalı hücumçunun transferin dən imtina edib
1390baxış

Azərbaycanı Avropa Liqasında təmsil edəcək "Səbail" komandası konqolu hücumçu Junior Mapukunun transferindən imtina edib. 

Bu barədə Mediapress.az klubun Mətbuat xidmətinin rəhbəri Törə Əhmədova məlumat verib. O bildirib ki, 29 yaşlı hücumçu "Səbail"in Bolqarıstandakı təlim-məşq toplanışına baxışa çağırılıb, lakin onun çıxışı məşqçilər heyətini qane etməyib. 

Qeyd edək ki, Junior Mapuku son olaraq Rumıniyanın "Dunerya Kalarasi" kollektivinin formasını geyinib. Afrikalı oyunçu peşəkar karyerasına Fransanın "Monako" klubunda başlayıb. Lakin əsas kollektivdə debüt edə bilməyən forvard yalnız B komandasında çıxış edə bilib. Oyunçu karyerası ərzində Yunanıstan, Türkiyə, Bolqarıstan və Misir klublarında da çıxış edib.  

Xatırladaq ki, "Səbail" Avropa Liqasının I təsnifat mərhələsində Rumıniyanın "Krayova"  komandası ilə üz-üzə gələcək. İlk oyun iyulun 11-də Bakıda, cavab görüşü isə bir həftə sonra səfərdə keçiriləcək.