\
11 Oktyabr 2024 - Cümə

ETSN-də Hindistanın İxrac Təşkilatları Federasiyasının nümayəndələri ilə görüş keçirilib

ETSN-də Hindistanın İxrac Təşkilatları Federasiyasının nümayəndələri ilə görüş keçirilib
1363baxış

Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) Hindistan İxrac Təşkilatları Federasiyasının və Ticarət və Sənaye Palatasının ölkəmizdə səfərdə olan işgüzar nümayəndələri ilə görüş keçirilib.

Nazirlikdən Mediapress.az-a verilən məlumata görə, görüşdə Hindistanın Azərbaycandakı səfiri Vanlalvavna Bavitlunq da iştirak edib.

Görüş zamanı Azərbaycanla Hindistan arasında əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğu vurğulanıb, xüsusən alternativ enerji mənbələri, tullantıların təkrar emalı, su təmizləmə, su ehtiyatlarının idarə olunması və digər sahələr üzrə fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlığın perspektivləri müzakirə edilib.