\
11 Oktyabr 2024 - Cümə

"Atletiko" meksikalı yarımmüdafiəçinin transferini açıqlayıb

"Atletiko" meksikalı yarımmüdafiəçinin transferini açıqlayıb
1389baxış

İspaniyanın "Atletiko" klubu son olaraq Portuqaliyanın "Portu" komandasında çıxış edən Hektor Erreranı heyətinə qatıb.

Medipress.az klubun saytına istinadən xəbər verir ki, Madrid təmsilçisi 29 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalayıb.

Meksika millisinin üzvü "Atletiko"ya azad agent kimi keçib.

Qeyd edək ki, Hektor Errera ötən mövsüm "Portu"nun heyətində 53 oyuna 9 qol vurub.