\
11 Oktyabr 2024 - Cümə

Hacıqabulda yol qəzasında bir ailənin 3 üzvü xəsarət alıb

Hacıqabulda yol qəzasında bir ailənin 3 üzvü xəsarət alıb
1373baxış

Hacıqabulda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə axşam saatlarında Bakı-Qazax magistral yolunun rayonun Nəvahı kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, “BMW” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb. Qəza zamanı Bakı şəhər sakinləri, bir ailənin üzvləri - 1982-ci il təvəllüdlü Qasımova Ülkər Zahir qızı, 2009-cu il təvəllüdlü Qasımova Məleykə Bayram qızı və 2005-ci il təvəllüdlü Qasımov Nurlan Bayram oğlu müxtəlif bədən xəsarətləri alıb.

Yaralılar Şirvan şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.