\
11 Oktyabr 2024 - Cümə

Bu il “Azəriqaz” “ASAN Xidmət” vasitəsi ilə 154 460 istehlakçıya xidmət edib

Bu il “Azəriqaz” “ASAN Xidmət” vasitəsi ilə 154 460 istehlakçıya xidmət edib
1470baxış

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi tərəfindən bu ilin yanvar-iyun ayları ərzində “ASAN Xidmət” vasitəsi ilə 154 460 istehlakçıya xidmət göstərilib.

“Azəriqaz”dan KİV-ə verilən məlumata görə, bu ilin altı ayı ərzində Bakı şəhəri üzrə 1 və 2 saylı “ASAN Kommunal”, 4 və 5 saylı “ASAN xidmət” mərkəzlərinə və “Səyyar ASAN” xidmətinə, bundan əlavə Bərdə, Sabirabad, İmişli, Masallı, Qəbələ, Quba, Mingəçevir, Şəki, həmçinin Gəncə şəhərində yerləşən “ASAN Xidmət” mərkəzlərinə ümumilikdə 154 460 müraciət daxil olmuş və bu müraciətlərin icrası tam təmin edilib.

İstehlakçılarla münasibətlərin təkmilləşdirilməsi, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə Birlik bu istiqamətdə fəaliyyətini bundan sonra da davam etdirəcək.

Mediapress.az