\
11 Oktyabr 2024 - Cümə

Fizuli Məmmədovdan daha bir qaziyə dəstək

Fizuli Məmmədovdan daha bir qaziyə dəstək
1399baxış

Rusiya Azərbaycanlıları İttifaqı Milli Qəhrəman Zabit Quliyevin müalicəsini üzərinə götürüb

Bir neçə ildir səhhətində ciddi problemlər olan Azərbaycan Respublikasının Milli Qəhrəmanı Zabit Quliyev ötən gün ikinci dəfə insult keçirib. Onun həyatını xilas etmək üçün Rusiya Azərbaycanlılar İttifaqı təşəbbüs göstərib.

Milli Qəhrəmanın Ukrayna və ya Türkiyənin ixtisaslaşdırılmış xəstəxanalarından birində müalicəsi məsələsi dəqiqləşdirilir.

Azərbaycan dövləti də Zabit Quliyevin səhhətinə biganə qalmayıb.

Musavat.com-un Quliyevlər ailəsindən aldığı bilgiyə görə, Heydər Əliyev Fondu Milli Qəhrəmanın müayinəsi üçün Bona Dea Beynəlxalq Hospitalına xüsusi göstəriş verib.

Hazırda Milli Qəhrəmanın xaricdə müalicəsi ilə bağlı ön müayinə və müalicə aparılır.