\
11 Oktyabr 2024 - Cümə

Donald Tramp UNO-lar barədə bəyanat verib

Donald Tramp UNO-lar barədə bəyanat verib
1461baxış

ABŞ prezidenti onların varlıqlarına inanmadığını, lakin həyatda hər şeyin mümkün olacağını söyləyib

Birləşmiş Ştatların prezidenti Donald Tramp uçan naməlum obyektlərin (UNO) varlığına şübhə ilə yanaşdığını bildirib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, o, bu barədə fikrini özünün sevimli “Fox News” kanalına müsahibəsində deyib. Lakin Tramp onların bir gün peyda ola biləcəyini istisna etmədiyini vurğulayıb.

“Detallara girmək istəmirəm. Ancaq şəxsən bu məsələdə olduqca şübhəliyəm”,-deyə Ağ Evin rəhbəri qeyd edib

Jurnalist prezidentdən başqa planetdən gələnləri gördüklərini söyləyən hərbi-hava qüvvələrinin pilotları barədə nə bildiyini soruşub. Dövlət başçısı onları hətta pilot olaraq belə adlandırmayıb.

“Bizdə bəzi cisimləri görən admlar var,-deyə D. Tramp bun söyləməklə kifayətlənib.

Qeyd olunur ki, bundan daha öncə, nüfuzlu “Politico” saytı keçən ayın 19-da ABŞ Senatı UNO-larla bağlı qapalı dinləmələr keçirdiyni xəbər vermişdi.

Burada hərbi-dəniz qüvvələrinin nümayəndələri senatorlara səmada naməlum obyektlərə rast gəldiklərindən danışıblar.

Virciniya ştatından senator Mark Uornerin (Demokrat partiyası) nümayəndəsinin söylədiyinə görə, Konqres bu məsələyə ilk növbətə pilotların təhlükəsizliyi baxımından olduqca ciddi yanaşır.

Mediapress.az