\
11 Oktyabr 2024 - Cümə

Masallıda yük avtomobili ilə mikroavtobusun toqquşub - 8 nəfər vəfat edib

Masallıda yük avtomobili ilə mikroavtobusun toqquşub - 8 nəfər vəfat edib
1499baxış

Masallı rayonunda "KAMAZ" markalı yük avtomobili ilə "Mercedes Vito" markalı mikroavtobusun toqquşması nəticəsində ölən 8 nəfərdən 6-sının adı məlum olub. 

“Report”un Cənub Mərkəzinin məlumatına görə, bunlar Lerik rayon sakini 1998-ci il təvəllüdlü Tağıyev Rəşad Atalı oğlu, Lerik rayonu Kəlbəz kənd sakini 2016-ci il təvəllüdlü Rufullayev Ayxan Natiq oğlu, 1983-cü il təvəllüdlü Rzayev Əsgər Yaqub oğlu, 2002-ci il təvəllüdlü Rzayev Hikmət Əsgər oğlu, 2008-ci il təvəllüdlü Rzayev Azər Əsgər oğlu, 2002-ci il təvəllüdlü Tağıyev Əlizahid Atalı oğludur.  

Qəza nəticəsində daha bir nəfərin yaralandığı məlum olub. Bu, 1985-ci il təvəllüdlü Rzayeva Ruhiyyə Əkbər qızıdır.

Ölən digər iki nəfərin şəxsiyyəti dəqiqləşdirilir. 


*** 09:18

Hadisə nəticəsində Lerik rayonu Kəlvəz kənd sakini, 1995-ci il təvəllüdlü Tağıyeva Miranə Atalı qızı xəsarət alıb. 

“Report”un Cənub Mərkəzi xəbər verir ki, ona baş-beyinin silkələnməsi, sifət nahiyəsinin əziyi diaqnozu qoyulub. 

O, hazırda reanimasiyadadır.


*** 08:22

Masallı rayonunda yük maşını ilə "Mercedes Vito" markalı mikroavtobus toqquşub.

“Report”un Cənub Mərkəzi xəbər verir ki, hadisə nəticəsində 8 nəfər ölüb.

Ölənlərdən 2-si qadın, 3-ü kişi və digər 3-ü məktəblidir.

Bir nəfər müxtəlif dərəcəli xəsarətlə Masallı Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Hadisə zamanı xəsarət alan qadının 24 yaşı var. O, hazırda reanimasiyadadır.

Bildirilir ki, qəzaya düşənlər iki ailənin üzvləridir və toya gedirlərmiş.