\
11 Oktyabr 2024 - Cümə

8 nəfərin öldüyü qəzadan sağ çıxan sürücü danışdı (VİDEO)

8 nəfərin öldüyü qəzadan sağ çıxan sürücü danışdı (VİDEO)
1481baxış
Bu gün səhər saatlarında Bakı-Astara yolunda baş verən qəzada 8 nəfərin öldüyü avtomobilin sürücüsü hadisənin necə baş verdiyini açıqlayıb.
 
Mediapress.az-ın "Qafqazinfo”ya istinadən məlumatına görə, 99 LH 458 nömrəli "Mercedes” markalı avtomobilin sürücüsü, Lerik rayon sakini Nizami Mustafayev deyib ki, yanında oturan sərnişinə balış vermək istəyərkən yoldan diqqəti yayınıb və idarəetməni itirib: 
 
"Sürətim normal idi. Yolda nə sürət qoyulubsa o idi, saatda 100-120 ilə gedirdim. Yuxulu deyildim. Bakıdan səhər saat 6-nın yarısı çıxmışam, 8 sərnişin götürmüşdüm. Bakı-Lerik arası sərnişin daşıyıram”.