\
11 Oktyabr 2024 - Cümə

Bakıda qayınanası ilə dalaşan kürəkən qaşıq və mismar udub

Bakıda qayınanası ilə dalaşan kürəkən qaşıq və mismar udub
1400baxış

Bakıda ailə münaqişəsi zəminində qəribə hadisə baş verib.

Trend-in məlumatına görə, hadisə paytaxtın Xətai rayonu, Əhmədli küçəsində qeydə alınıb.

Həmin küçədə yaşayan 1989-cu il təvəllüdlü Babayev Əlamət Nazim oğlu yaşadığı evdə qayınanası ilə mübahisə edib.

Mübahisə nəticəsində Ə.Babayev mətbəxdən götürdüyü qaşıq və mismarı udub.

Ə. Babayev xəstəxanaya çatdırılıb.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.

Mediapress.az