\
10 Oktyabr 2024 - Cümə axşamı

Qazaxda avtomobil ağaca çırpılıb, sürücü xəsarət alıb

Qazaxda avtomobil ağaca çırpılıb, sürücü xəsarət alıb
1373baxış

Qazax rayonunun Çaylı kənd yolunda hərəkətdə olan "VAZ-21012" markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb.

Qəza nəticəsində avtomobilin sürücüsü, Qazax rayon sakini, 1957-ci il təvəllüdlü Yüsif Nəbiyev müxtəlif bədən xəsarətləri alıb. O, Qazax rayon Müalicə və Diaqnostika Mərkəzinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Mediapress.az