\
10 Oktyabr 2024 - Cümə axşamı

Prezident Murad Köhnəqalaya ev verdi

Prezident Murad Köhnəqalaya ev verdi
1432baxış

Prezident İlham Əliyev yazar Murad Köhnəqalaya ev bağışlayıb.

M.Köhnəqala bu barədə sosial şəbəkədəki statusunda yazıb:

"Əziz dostlar! Mənzil problemimlə bağlı möhtərəm prezidentimiz cənab İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya ünvanladığımız müraciət öz bəhrəsini verdi! Prezident İlham Əliyev mənim mənzillə təmin edilməyim barədə sərəncam imzalayıb. Bu şad xəbəri BŞİH-dən mənə zəng edərək bildirdilər. Möhtərəm prezidentimizin mənə bağışladığı ev altmış yaşıma ən gözəl hədiyyədir.

Mətbuatımızın 144-cü ildönümündə məni sevindirdiyinə görə cənab prezident İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm! Azərbaycanın xoşbəxtliyi uğrunda fəaliyyətində ona möhkəm cansağlığı, tükənməz enerji arzulayıram! 
Qoy həmişə günəş olsun!"