\
10 Oktyabr 2024 - Cümə axşamı

"Qafqaz media" İB jurnalistlərə mükafat verdi - FOTOLAR

"Qafqaz media" İB jurnalistlərə mükafat verdi - FOTOLAR
1620baxış

"Qafqaz Media" İctimai Birliyi hər il olduğu kimi bu il də ənənəsinə sadiq qalaraq 22 iyul Milli Mətbuat günü münasibəti ilə bir qrup jurnalist və yazarların mükafatlandırma mərasimini keçirib.

Menera.az xəbər verir ki, tədbirdə mədəniyyət və dövlət xadimləri, kütləvi informasiya agentliklərini rəhbərləri və jurnalistlər iştirak ediblər. 

İB-nin sədri Hacı Azadə Taleh Abbasqızı açılış nitqi ilə çıxış edərək Milli Mətbuatımızın keçdiyi şərəfli tarixi yola nəzər salaraq, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident cənab İlham Əliyev tərəfindən davam etdirilən siyasət nəticəsində, mətbuatımız özünün yeni inkişaf mərhələsinə qədəm qoyduğunu diqqətə çatdırıb. 

Sədr qeyd edib ki, ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci illərdə və 1993-cü ildən sonrakı dövrdə də bütün sahələrə olduğu kimi, yazarlara, mətbuat işçilərinə, qələm əhlinə xüsusi diqqət və qayğı göstərib. Bunun nəticəsi olaraq, ölkəmiz müstəqillik əldə etdikdən sonra, hər il iyulun 22-si Milli Mətbuat Günü kimi qeyd olunur. 

Media nümayəndələrini təbrik edən İB sədri mürəkkəb, lakin şərəfli inkişaf yolu keçmiş Milli Mətbuatımızın xalqımızın maariflənməsində, milli dəyərlərin təbliğində mühüm vasitə olduğunu bildirib, Azərbaycanda medianın inkişafı istiqamətində zəruri tədbirlərin həyata keçirildiyini nəzərə çatdırıb. 

Sonra söz Milli Məclisin deputatı Sona Əliyevaya verilib. 

Millət vəkili 22 iyul - Milli Mətbuat Günü münasibətilə jurnalistləri təbrik edib, media nümayəndələrinə göstərdiyi diqqətə görə “Qafqaz Media” İctimai Birliyinə minnətdarlığını bildirib, eyni zamanda jurnalist adının müqəddəsliyindən söhbət açıb, gənc qələm sahiblərinə bu adı şərəflə daşımağı tövsiyə edib.

S.Əliyeva media nümayəndələrinin cəmiyyətdəki fəaliyyətinin önəmindən danışarkən informasiyanın gözəl və düzgün formada ictimaiyyətə çatdırılmasında onların üzərinə böyük məsuliyyət düşdüyünü diqqətə çatdırıb. 

Daha sonra Azərbaycan jurnalistikasına verdikləri töhfələrə görə bir sıra KİV nümayəndələri müxtəlif naminasiyalar üzrə mükafatlandırılıb.

Tədbirdə mədəniyyət sahəsində fərqlənən görkəmli sənətkarlar da mükafatsız qalmayıb. 

Sonda incəsənət ustaları konsert proqramı ilə çıxış ediblər.

Qeyd edək ki, mükafat alanlar sırasında Manera.az saytının Baş redaktoru Şəhla Aslan da olub. Belə ki, O "Reytinqli jurnalist" diplomu ilə təltif olunub. 

Mediapress.az