\
10 Oktyabr 2024 - Cümə axşamı

İraqda Türk diplomatın öldürülməsinin görüntüləri yayıldı - VİDEO

İraqda Türk diplomatın öldürülməsinin görüntüləri yayıldı - VİDEO
1514baxış

İraqın Ərbil şəhərində bir restorana edilən silahlı hücumun görüntüləri yayılıb.

Musavat.com xəbər verir ki, silahlı hücum zamanı restoranda olan türk diplomat da həyatını itirib.

Həyatını itirən Osman Köse Türkiyənin İraqdakı Baş konsulluğunun diplomatı olub. Silahı hücum zamanı türkiyəli diplomatdan əlavə iki İraq vətəndaşı da həyatını itirmişdi.

Ərbil şəhər polisi hadisənin törədən şəxsin kimliyini açıqlayıb. Hadisənin törədənlərdən biri Türk vətəndaşı 27 yaşlı Mazlum Dağ adlı şəxs olub.

Görüntülərdən çıxarılan nəticəyə görə silahlı hücumu 3 nəfər həyata keçirib. Videoda da göründüyü kimi saxlanılan Mazlum Dağ restorana girərək Türk diplomat Osman Kösenin yanına oturur. Bir müddət telefonla vaxt keçirən Mazlum Dağ silahını çıxararaq atəş açmağa başlayıb. Videoda M.Dağ ilə bərabər iki nəfər şəxsin də atəş açdığı aydın şəkildə görünür.

Qeyd edək ki,hadisə iyulun 17-də günorta saatlarında baş verib. Hücum edilən restoran türkiyəli diplomatların nahar etmək üçün hər zaman getdikləri məkan olub. Hücumun diplomatlara qarşı terror aktı olduğu bildirilmişdi. 

Mediapress.az

 
  •