\
10 Oktyabr 2024 - Cümə axşamı

Elçin Quliyev Qazax və Ağstafada bölmələrin döyüş fəaliyyətini yoxlayıb

Elçin Quliyev Qazax və Ağstafada bölmələrin döyüş fəaliyyətini yoxlayıb
1413baxış

Dövlət Sərhəd Xidmətinin rəisi gene­ral-polkovnik Elçin Quliyev Dövlət Sərhəd Xidmətinin Sərhəd Qo­şun­ları­nın Qazax və Ağstafa rayonları ərazisində hərbi hissə və bölmələ­rinin xidməti-döyüş fəaliyyətini yoxlayıb.

Bu barədə KİV-ə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

E.Quliyev sərhəd zastavalarında və sər­həd döyüş mən­təqə­lərində xidmət edən şəxsi heyətlə görüşüb, dövlət sər­hədində sərhəd mühafizə və mü­dafiə infrastruktu­ru­nun yaradılması istiqamətində görülən iş­lə­rə baxış ke­çirib, dövlət sərhədinin toxunul­mazlığının və şəxsi heyətin təh­lükəsizliyinin təmin edilməsi üzrə tapşı­rıqlar verib.

Mediapress.az