\
10 Oktyabr 2024 - Cümə axşamı

“Gidromaşservis” QSC və “Whirlpool”korporasiyasının birgə möhtəşəm konfransı - Eviniz üçün etibarlı, keyfiyyətli məişət texnikası! (R) - FOTOLAR

“Gidromaşservis” QSC və “Whirlpool”korporasiyasının birgə möhtəşəm konfransı - Eviniz üçün etibarlı, keyfiyyətli məişət texnikası! (R) - FOTOLAR
2914baxış

Qısa məlumat:

“Whirlpool” şirkəti Avropada ən böyük məişət texnikası istehsalçılarından biridir. Avropa və Rusiya bazarlarında liderlərdən olan şirkətin əsas ticarət nişanları İndesit, Hotpoint-Ariston və Whirlpool-dur. İndesit şirkətinə 14 zavod (İtaliya, Polşa, Böyük Britaniya, Rusiya və Türkiyədə), 24 ticarət ofisi daxildir. Şirkətdə 16 mindən çox insan çalışır. 2010-cu ildə “İndesit” şirkəti İş Sağlamlığı və Təhlükəsizliyi İdarəetmə Sisteminin 18001 beynəlxalq standartlarına uyğun SGS sertifikatı alıb. 2006-cı ildən etibarən şirkət insan hüquqları, iş şəraiti, ətraf mühitin qorunması və nəzarəti sahəsində on prinsipə söykənən BMT Qlobal Sazişinə üzv olub.

2010-cu ildə şirkətin satışları 2,9 milyard avro təşkil edib, xalis mənfəət - 90 milyon avro olub.

Azərbaycandakı “Whirlpool” korporasiyasının “İndesit” brendi

“İndesit”in Azərbaycandakı rəsmi distribütorluğu artıq illərdir fəaliyyət göstərir. Həm keyfiyyət, həm də kəmiyyət baxımından əhalimizin ürəyincə olan məişət avadanlıqlarının satışı bir çox bölgələrimizdə dillerlər tərəfindən həyata keçirilir.

Konfransdan reportaj

... Ötən həftə “Whirpool” korporasiyasının Azərbaycandaki rəsmi nümayəndəliyi ənənəvi konfransını Nabrandakı “Atlant” istirahət mərkəzində keçirdi. Tədbiri giriş sözüylə açan “Gidromaşservis” QSC-nin əməkdaşı hər kəsi salamladıqdan sonra şirkətin “Whirlpool“ korporasiyası ilə birgə əməkdaşlığından qısaca məlumat verdi və konfransı açıq elan etdi. Çıxış uçün ilk söz “Gidromaşservis” QSC-nin rəhbəri Ayaz Orucov cənablarına verildi. O, əvvəlcə “Stinol”, sonra “İndesit”, “Ariston”, bu gün də “Whirlpool”şirkəti ilə əməkdaşlıqdan danışaraq xarici ölkələrdən, bölgələrimizdən gələn qonaqlara və bu günə kimi onlarla əməkdaşlıq edən dostlara “xoş gəlmisiniz” dedi.

Sonra çıxış üçün söz “Whirlpool” korporasiyasının Moldova və Qafqaz üzrə meneceri David Qalaşviliyə verildi. Hamını salamlayan Qalaşvili Bakıda olmaqdan məmnun olduğunu və burda iştirak edən hər kəsin bu günkü tədbirdən yeni nailiyyətlər əldə edəcəyinə ümid etdiyini vurğuladı. Satış şöbəsinin müdiri Aytən Nikipur “Whirlpool” şirkətinin Azərbaycandakı rəsmi distribüturluğunun fəaliyyətini yüksək qiymətləndirməklə yanaşı, satışdakı inkişafdan da bəhs etdi. Şirkətin nəinki müştərilərin rahatlığını təmin etməsini, həmçinin işçilərin həyat tərzinin yaxşı olmasını daima nəzarətdə saxladığını da vurğuladı. Biznesin İnkişafı İdarəsinin müdiri Kuçkov Sergey isə çıxış edərək dillerlərə yeni modellərin təqdim olunacağı haqda məlumat verdi.

Konfransda sözügedən şirkətin yeni nəsil üçün təzə məhsullarının təqdimat mərasimi də keçirildi. Belə ki, “Whirlpool”şirkətinin məhsul təlimçisi Dolnik Yuriy hər bir avadanlığın yüksək keyfiyyəti, komfortu, kəmiyyəti haqda konfrans iştirakçılarına ətraflı məlumat verdi.

Hazırladı: Könül Aypara

Xəyalə Rəis