\
10 Oktyabr 2024 - Cümə axşamı

"Natiqlik Çempionatı” keçirilir - FOTOLAR

"Natiqlik Çempionatı” keçirilir - FOTOLAR
1318baxış
Mediapress.az xəbər verir ki, “ASAN Könüllüləri” Təşkilatı və “Diksiya Akademiyası” MMC-nin birgə təşkilatçılığı ilə 1 avqust Azərbaycan əlifbası və Azərbaycan dili gününə həsr olunmuş “Natiqlik Çempionatı” keçirilir. “Ana dilində hekayəni danış” adlı çempionatda iştirakçılar 3 mərhələdən keçərək finalda iştirak haqqı qazanacaqlar. Finalda qalib gələn iştirakçılar müxtəlif hədiyyə və diplomlarla mükafatlandırılacaqlar. Layihənin məqsədi ana dilinin saflığının qorunmasına diqqət çəkmək, gənclərdə dogma dilimizdə natiqlik qabiliyyətinin artırılması, yeni nitq bacarıqlarının formalaşdırılmasıdır. Layihənin I turundan uğurla keçənlərə Diksiya Akademiyasının rəhbəri Cəlalə Nəzəroğlu tərəfindən hazırlıq təlimi keçirilib. II turda iştirakçılar 5 dəqiqəlik nitq söyləyiblər. Münsiflərin verdiyi ballar vasitəsilə 10 iştirakçı III tura keçib. Final mərhələsinə isə 5 iştirakçı qalacaq. III tur iyulun 28-də final isə avqustun 1-də təşkil olunacaq.