\
10 Oktyabr 2024 - Cümə axşamı

"ABAD"ın fəaliyyəti Malaziyada təqdim olunub - FOTOLAR

"ABAD"ın fəaliyyəti Malaziyada təqdim olunub - FOTOLAR
1406baxış

Mediapress.az xəbər verir ki, 14-25 iyul 2019-cu il tarixində Malayziya Texniki Əməkdaşlıq Proqramı (MTCP) və Malaziyanın Xarici İşlər Nazirliyinin təşəbbüsü, Kənd İnkişafı İnstitutunun (INFRA) təşkilatçılığı ilə "İnkişaf etməkdə olan kiçik ada ölkələri və Asiya üçün davamlı kənd təsərrüfatının inkişafı" kursu keçirilib.

Məqsəd Asiya və inkişaf etməkdə olan kiçik ada ölkələrinin dövlət nümayəndələrini Malayziyanın kənd təsərrüfatının inkişafı istiqamətində görülən işlər, nailiyyətlər, tətbiq olunan metodik proqramlar, innovasiyalarla tanış etmək və təcrübə mübadiləsi aparmaqdır.

Kursda Banqladeş, Samoa, Şri-Lanka, Vyetnam, Konqo, Filippin, Qırğızıstan, Kamboca ilə yanaşı Azərbaycan da təmsil olunub. İnformativ və praktiki sessiyalarla yanaşı iştirakçılar Malayziyanın Kənd Təsərrüfatının İnkişafı və Xarici işlər nazirlikləri, Putra Malayziya Universiteti və digər yerli qurumlarla tanış olublar, yerli kiçik sahibkarlarla fikir mübadiləsi aparılıb.

Kurs çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən “ASAN xidmət” mərkəzləri və “ABAD” publik hüquqi şəxsin fəaliyyəti və mexanizmi ilə bağlı geniş məlumat verilib, “ABAD” haqqında xüsusi təqdimat gerçəkləşib və iştirakçıların sualları cavablandırılıb