\
20 Aprel 2024 - Şənbə

Daha 2 yerdə ağac qaz xəttinin üzərinə aşdı - FOTO

Daha 2 yerdə ağac qaz xəttinin üzərinə aşdı - FOTO
68410baxış

Axşam saatlarında Nəsimi rayonu, S.Rüstəm küçəsində küclü külək ağacı orta təzyiqli qaz kəmərinin üzərinə aşırıb.

“Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr şöbəsindən musavat.com-a daxil olan məlumata görə, nəticədə qaz xətti onu saxlayan dirəklərdən qopub. Lakin qaz sızması baş vermədiyindən təchizatda fasilə yaranmayıb. Hazırda ərazi ağac qalıqlarından təmizlənir, bundan sonra dərhal qaz xətti əvvəlki vəziyyətinə qaytarılacaq.

Daha bir halda isə ağac Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən “ATV plyus” kabel televiziyasının sayğacının üzərinə aşaraq onu zədələyib. Sayğac yarasız hala düşüb.

Mediapress.az

WhatsApp Image 2019-08-05 at 16.06.47.jpeg (222 KB)

 

 
  •