\
10 Oktyabr 2024 - Cümə axşamı

Qambiyanın ilk prezidenti vəfat etdi

Qambiyanın ilk prezidenti vəfat etdi
1382baxış
Afrika ölkəsi Qambiyanın ilk prezidenti Dauda Kayraba Cavara 95 yaşında vəfat edib.
 
Bu barədə Qambiyanın hazırkı rəhbəri Adama Barrou sosial şəbəkə hesabında yazıb və Dauda Kayrabanın ölümünü böyük itki adlandırıb.
 
D.K.Cavara 1962-1970-ci illərdə Qambiyanın Baş naziri olub və 1965-ci ildə ölkəsinin Böyük Britaniyadan ayrılaraq müstəqillik əldə etmə prosesinə rəhbərlik edib. O, 1970-1994-cü illərdə ölkənin prezidenti vəzifəsini icra edib.  (qaynarinfo)