\
10 Oktyabr 2024 - Cümə axşamı

Ukraynanın keçmiş Səhiyyə naziri həbs edildi

Ukraynanın keçmiş Səhiyyə naziri həbs edildi
1369baxış
Ukraynanın keçmiş Səhiyyə naziri Raisa Boqatıryova həbs olunub.
 
Qaynarinfo xəbər verir ki, bu barədə Kiyevin Peçer rayon məhkəməsi qərar qəbul edib. Raisa Boqatıryova 6 milyon qriven girov alternativi ilə iki ay müddətinə azadlıqdan məhrum edilib. Keçmiş nazir məhkəmədə istintaqla əməkdaşlıq edəcəyini bildirib.
 
Qeyd edək ki, Raisa Boqatıryova Viktor Yanukoviçin prezidentliyi dövründə nazir vəzifəsini tutub. O, büdcə vəsaiti ilə böyük məbləğdə fırıldaqçılıq etməkdə şübhəli bilinib.