\
10 Oktyabr 2024 - Cümə axşamı

"Qarabağ"ın sabiq qapıçısı Səudiyyə Ərəbistanında çıxış edəcək

"Qarabağ"ın sabiq qapıçısı Səudiyyə Ərəbistanında çıxış edəcək
1445baxış

 

Hazırda Türkiyə "Erzurumspor"unun formasını geyinən "Qarabağ"ın sabiq qapıçısı İbrahim Şehiç Səudiyyə Ərəbistanına üz tutacaq.

"Report" "Slobodna-bosna.ba" saytına istinadən xəbər verir ki, Bosniya və Herseqovina millisinin şərəfini qoruyan 31 yaşlı qolkiper ölkənin "Əl-Əhli" klubuna keçəcək. Hazırda bu klubda daha iki bosniyalı - Ervin Zukanoviç və Elvis Sariç çıxış edir. Bildirilir ki, Şehiç ötən mövsüm Türkiyə Super Liqasını tərk edən "Erzurumspor"da qalmayacaq.

QQeyd edək ki, İbrahim Şehiç 2013 - 2018-ci ildə "Qarabağ"da çıxış edib. Onun hazırkı klubu ilə 2020-ci ilin yayına kimi müqaviləsi mövcuddur. Qapıçının yenidən Ağdam təmsilçisinə qayıdışı da gündəmdədir.