\
10 Oktyabr 2024 - Cümə axşamı

Əli Nağıyev yeni rəis təyin etdi

Əli Nağıyev yeni rəis təyin etdi
1479baxış
Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, general Əli Nağıyev kadr dəyişikliyi edib.
 
Mediapress.az bakupost.az-a istinadən xəbər verir ki, Fuad Rəsulov DTX-da İdarə rəisi təyin edilib. 
 
F.Rəsulov Ə.Nağıyev DTX-ya təyin olunanda, onun əvvəlki vəzifəsinə - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini postuna təyinat almışdı.
 
Qeyd edək ki, Prezident İlham Əliyevin 20 iyun tarixli sərəncamı ilə Ə.Nağıyev Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin olunub.