\
10 Oktyabr 2024 - Cümə axşamı

Tramp qasırğaya görə Polşa səfərini ləğv etdi

Tramp qasırğaya görə Polşa səfərini ləğv etdi
1397baxış

ABŞ Prezidenti Donald Tramp Florida ştatında gözlənilən dağıdıcı Dorian qasırğası səbəbindən Polşa səfərini ləğv edib.

Polşa Prezidenti Andjey Duda ilə danışdığını bildirən Ağ Ev rəhbəri Vaşinqtonda qalaraq hökumətin bütün qüvvələrinin fırtına ilə mübarizəsindən əmin olmaq istədiyini bildirib.

Qeyd edək ki, həftə sonu qasırğanın Florida və Corciya ştatlarına çatacağı deyilir. (axar)

Mediapress.az