\
10 Oktyabr 2024 - Cümə axşamı

"Modern.az" - 10 yaş!

"Modern.az" - 10 yaş!
1552baxış

Bu gün “Modern.az” xəbər portalının 10 illik yubileyidir.

Portal 2009-cu il sentyabrın 1-də fəaliyyətə başlayıb. Fərqli təqdimatları, özünəməxsus layihələri, müsahibə və araşdırmaları ilə populyarlıq qazanan “Modern.az” portalı gündəlik və operativ xəbər istehsalı ilə məşğuldur.

Modern.az-ın Azərbaycanda və dünyada baş verən hadisələrə qərəzsiz, obyektiv yanaşması, tərəfsiz mövqeyi oxucuların rəğbətini qazanıb. 

Hər gün on minlərlə oxucunun ziyarət etdiyi “Modern.az” xəbər portalının təsisçisi və baş direktoru Elşad Eyvazlı, baş redaktoru Əfqan Qafarlıdır.

Mediapress.az kollektivi olaraq həmkarlarımızı təbrik edir, daha yüksək zirvələri fəth etmələrini arzulayırıq!