\
10 Oktyabr 2024 - Cümə axşamı

"Fənərbağça" PSJ-nin sabiq hücumçusunu heyətinə qatıb

"Fənərbağça" PSJ-nin sabiq hücumçusunu heyətinə qatıb
1374baxış

Türkiyənin "Fənərbağça" komandası heyətini yeni futbolçu ilə gücləndirib.

Mediapress.az "Haberturk"ə istinadən xəbər verir ki, İstanbul təmsilçisi son olaraq "Başakşehir"də çıxış edən Mevlüt Erdinçlə anlaşıb. 32 yaşlı hücumçu ilə ikiillik razılıq əldə olunub.

Qeyd edək ki, Mevlüt Erdinç karyerası ərzində Fransanın "Soşo", PSJ, "Renn", "Sent-Etyen" və "Metz" komandalarının formasını geyinib. O, Almaniyada "Hannover"in də şərəfini qoruyub.