\
10 Oktyabr 2024 - Cümə axşamı

Göygöldə ev yanıb, xəsarət alan var

Göygöldə ev yanıb, xəsarət alan var
1498baxış

Göygöl rayonunda fərdi yaşayış evində yanğın olub.

"Mediapress.az"ın Qərb Mərkəzinin məlumatına görə, hadisə Nadil kəndi ərazisində qeydə alınıb. 

Əraziyə Göygöl rayon yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın söndürülüb. Hadisə zamanı 1991-ci il təvəllüdlü Firuz Qoçiyev hündürlükdən yıxılaraq xəsarət alıb. O, Gəncə şəhərində yerləşən xəstəxanaladan birinə aparılıb. Onun qabırğasının sındığı bildirilir.

Yanğının başvermə səbəbləri hələ ki məlum deyil.

Faktla bağlı araşdırma aparılır.