\
10 Oktyabr 2024 - Cümə axşamı

Kennedinin qatili həbsxanada bıçaqlandı

Kennedinin qatili həbsxanada bıçaqlandı
1409baxış
ui-qəsdə qurban getmiş ABŞ prezidenti Corc Kennedinin qardaşı Robert Kennedini qətlə yetirən Sirhan Sirhan həbsxanada bıçaqlanıb.
 
Mediapress.az Guardian-a istinadən xəbər verir ki, hadisə ötən gün S.Sirhanın saxlanıldığı San Dieqo yaxınlığında yerləşən həbsxanada baş verib. 75 yaşlı Sirhan dərhal xəstəxanaya aparılıb, ona tibbi yardım göstərilib və həyatı xilas edilib. 
 
Azadlıqdan ömürlük məhrum edilən Sirhan Sirhan artıq 50 ildir həbsxanada saxlanılır.
 
Qeyd edək ki, Robert Kennedi 1961-1964-cü illərdə ABŞ-ın Baş prokuroru, 1965-ci ildən ölümünə qədər isə Nyu-Yorkun Senatı vəzifələrini tutub. R.Kennedi 1968-ci ildə, prezident C.Kennedi isə 1963-cü ildə sui-qəsd nəticəsində qətlə yetirilib.