\
10 Oktyabr 2024 - Cümə axşamı

Bu iki rayonda qaz olmayacaq

Bu iki rayonda qaz olmayacaq
1367baxış

Sentyabrın 2-də Bakının Səbail rayonunda saat 12:00-dan 16:00-dək bir qrup abonentin qaz təchizatında fasilə yaranacaq.

“Azəriqaz”dan KİV-ə verilən məlumata görə, sözügedən ərazidə dövlət yoxlamasından keçirilmiş yeni qurğular əvəzlənəcək, metroloji göstəricilər təftiş olunacaq.

Bundan başqa, saat 10:00-dan etibarən işlər başa çatanadək Ağdam rayonunun bir neçə qəsəbə və kəndində qaz təchizatında dayandırmalar olacaq. Bu müddət ərzində orta təzyiqli yeraltı qaz xətti üzərində quraşdırılmış siyirtmənin araqatının dəyişdirilməsi işləri aparılacaq.