\
10 Oktyabr 2024 - Cümə axşamı

“Günay Sığorta”nın səhmdarları dəyişib

“Günay Sığorta”nın səhmdarları dəyişib
1437baxış

“Günay Sığorta” ASC-nin səhmlərinin 16,61%-nə nəzarət edən “Günay Bank” ASC-nin və 11,45%-nə nəzarət edən Xanım Məmmədovanın payı adı çəkilən Bankın Müşahidə Şurasının sədri və 51,13%-lik səhmdarı Mahmud Məmmədova keçib.

Mediapress.az” bu barədə şirkətin maliyyə hesabatına istinadən xəbər verir.

Son nəticədə M.Məmmədov “Günay Sığorta”da 28,06%-lik paya malik olub. Şirkətin səhmlərinin qalan 71,94%-i isə əvvəlki qaydada Yeganə Şirinovaya məxsusdur.

Xatırladaq ki, X.Məmmədova həm də “Günay Bank”da 2,31%-lik pay sahibidir.