\
10 Oktyabr 2024 - Cümə axşamı

“ASAN Yay Festivalı” Bərdədə - FOTOLAR

“ASAN Yay Festivalı” Bərdədə - FOTOLAR
1620baxış

Mediapress.az xəbər verir ki, “ASAN Könüllüləri” Təşkilatı və ASAN Radionun birgə təşkilatçılığı ilə növbəti "ASAN Yay Festivalı" Bərdə rayonunda keçirilib.

Heydər Əliyev parkında baş tutan Festival çərçivəsində müğənni Damlanın konserti təşkil olunub. Xeyli sayda tamaşaçının qoşulduğu tədbirdə, həmçinin Dj Bazaur musiqilər təqdim edib.

“ASAN Yay Festivalı”na “ASAN xidmət”in Rəqəmsal Könüllüləri də qatılıblar. Onlar festival iştirakçılarını elektron hökumət, elektron dövlət xidmətləri, elektron ödənişlər və elektron xidmətlərdən istifadənin üstünlükləri barədə məlumatlandırıblar.

Yay mövsümü müddətində Masallı, Mingəçevir, İmişli, Quba “ASAN Həyat” komplekslərində və Gəncə, Sabirabad, Bərdə “ASAN xidmət” mərkəzlərində ümumilikdə yeddi festival keçirilib.

Bununla “ASAN Yay Festivalı”na yekun vurulub.