\
10 Oktyabr 2024 - Cümə axşamı

Tale Heydərov "LİBRAFF"a rəhbər təyin etdi

Tale Heydərov "LİBRAFF"a rəhbər təyin etdi
1708baxış
"LİBRAFF" mağazalar şəbəkəsində yeni təyinat olub.
 
Bundan sonra mağazalar şəbəkəsinə diksiya mütəxəssisi və aparıcı Cəlalə Nəzəroğlu rəhbərlik edəcək.
 
Bu barədə C.Nəzəroğlu özü məlumat verib: "Dostlar, mən yeni vəzifəyə təyin olundum. Bundan sonra "LİBRAFF" mağazalar şəbəkəsinə rəhbərlik edəcəm. Göstərilən etimada görə "GİLAN Holdinq" rəhbərliyinə, o cümlədən, Tale Heydərova təşəkkür edirəm".
 
Qeyd edək ki, Cəlalə Nəzəroğlu son olaraq ASAN Radioda çalışıb.