\
10 Oktyabr 2024 - Cümə axşamı

Şimali Koreya ABŞ ilə danışıqları bərpa etməyə hazırdır

Şimali Koreya ABŞ ilə danışıqları bərpa etməyə hazırdır
1456baxış

Şimali Koreya rəhbərliyi sentyabr ayının sonunadək ABŞ ilə nüvəsizləşdirmə ilə bağlı danışıqları bərpa etməyə hazırdır.

Mediapress.az” Koreya Mərkəzi Xəbərlər Agentliyinə (KCNA) istinadən xəbər verir ki, bu barədə ölkənin xarici işlər nazirinin birinci müavini Çoy Son Hui bildirib.

“Sentyabrın sonuna yaxın ABŞ tərəfi ilə yeri və tarixini razılaşdırmaqla indiyədək müzakirə etdiyimiz problem barədə əhatəli müzakirə aparmağa hazırıq”, - Çoy Son Hui qeyd edib.