\
10 Oktyabr 2024 - Cümə axşamı

Şirvanda avtomabil mağazaya çırpılıb

Şirvanda avtomabil mağazaya çırpılıb
1437baxış

Axşam saatlarında Şirvan şəhər 1 May küçəsində yol-nəqliyyat hadisəsi baş verib.

Mediapress.az”ın Aran bürosunun məlumatına görə, Sabirabad rayonunun 1976 ci-il təvəllüdlü Qaragüney kənd sakini Əliyev Əzizağa Əli oğlu "10-LM-826" dövlət qeydiyyat nişanlı “QAZ-31029" markalı avtomobillə hərəkətdə olarkən anidən idarəetməni itirib və maşın yol kanarında magazaya çırpılıb.

Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Fakla bağlı Şirvan Şəhər Polis Şöbəsində araşdırma aparılır.