\
10 Oktyabr 2024 - Cümə axşamı

Vətəndaşlar iş üçün "ASAN xidmət" rəhbərinə müraciət ediblər

Vətəndaşlar iş üçün "ASAN xidmət" rəhbərinə müraciət ediblər
1469baxış

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində qəbul qaydalarına uyğun olaraq, Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev vətəndaşların növbəti qəbulunu həyata keçirib.

Bu barədə Mediapress.az-a Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, qəbulda müraciətlər əsasən işlə təmin edilmə ilə bağlı olub. Həmçinin müxtəlif ideya və təkliflər dinlənilib.

Müvafiq müraciətlər cavablandırılıb, həll edilməsi araşdırma tələb edən məsələlər ilə bağlı yazılı müraciət qeydə alınıb və aidiyyəti şöbələrin icraatına göndərilib.