\
10 Oktyabr 2024 - Cümə axşamı

Donald Tramp və xanımı 11 sentyabr qurbanlarının xatirəsini yad edib

Donald Tramp və xanımı 11 sentyabr qurbanlarının xatirəsini yad edib
1427baxış

ABŞ prezidenti Donald Tramp və ölkənin birinci xanımı Melaniya Tramp Ağ Evdə 11 sentyabr qurbanlarının xatirəsinə həsr olunan mərasimdə iştirak ediblər.

Mediapress.az” RİA “Novosti”yə istinadən xəbər verir ki, əvvəlcə D.Tramp və xanımı Ağ Evin qarşısındakı "Cənub çəmənlik"də toplaşan vətəndaşların yanına gedərək matəm sükutunda iştirak ediblər. Daha sonra onlar 18 il əvvəl təyyarənin çırpıldığı Pentaqona gediblər və prezident qurbanların xatirəsinə həsr olunan nitq söyləyib.