\
10 Oktyabr 2024 - Cümə axşamı

“Bravo” supermarket şəbəkəsi bahalı və ucuzlu salatla bağlı açıqlama verdi - FOTO

“Bravo” supermarket şəbəkəsi bahalı və ucuzlu salatla bağlı açıqlama verdi - FOTO
1355baxış

“Bravo” supermarket şəbəkəsi bahalı və ucuzlu salatla bağlı açıqlama verdi

Son günlər “Bravo” supermarket şəbəkələrindən gələn şikayətlərin sayı-hesabı bitmir. Sosial şəbəkə izləyiciləri bu marketdə baş verən özbaşınalıqlardan, qeyri-peşəkarlıqdan narazılıq edir, rast gəldikləri hadisələri ya lentə almaqla, ya da fotosunu paylaşmaqla bir növ ürəklərini boşaldırlar. Amma ölçü götürən olmur ki, olmur.

Bu dəfə daha bir izləyici “Bravo” marketdə baş verən fərqli bir hadisə ilə qarşılaşdığını yazıb. Belə ki, sözügedən marketin müxtəlif ünvanlarda yerləşən filiallarından aldığı salatın fərqli qiymətdə satılmasından gileylənir.

“Başa salın məni görüm, nə üçün salatın qiyməti müxtəlifdir? Bu gün “Koroğlu” filialında salatın qiyməti (çəkisi nəzərdə tutulur – K.) 9.80 azn-dir. Amma Xaqani küçəsindəki filialda isə

18azn-dir. Hər dəfə bütün marketlərdə bu cür səhvlərlə qarşılaşıram”.

Məsələ ilə bağlı “Bravo” supermarketinin “Xaqani” filialı ilə əlaqə saxladıq. Mağazanın rəhbəri Yusif müəllim, “bizim marketdəki salatlar premium sayılır. Yəni “letleyzer” şirkətinə məxsus salatlar baha olur. Adi firmanın salatları isə ucuzdur”, - deyə açıqlama verdi. (Moderator.az)

Könül