Deputatdan borc qalmaqalı ilə bağlı açıqlaması: “Bu, tamam başqa məsələdir"
80897
Milli Məclisin deputatı, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin üzvü Rafael Cəbrayılov borca görə məhkəməyə verilməsi barədə yayılmış xəbərə münasibət bildirib.
Mediapress.az xəbər verir ki, Modern.az saytı məsələ ilə bağlı deputat Rafael Cəbrayılovla əlaqə saxlamağa çalışıb.
O sayta açıqlamasında bu barədə danışmayacağını bildirib:
“Bu, tamam başqa məsələdir. O adamla dostam. Xaricə gedəndə hesaba pul qoyulmalıdır ki, gedən adam qayıdıb gələcək. Başqa heç nə danışmaq istəmirəm. Susuram”.