\
10 Oktyabr 2024 - Cümə axşamı

Dövlət Agentliyinə məxsus avtomobil qəza törədib, ölən və yaralananlar var

Dövlət Agentliyinə məxsus avtomobil qəza törədib, ölən və yaralananlar var
1456baxış

Yevlax rayonunda baş verən yol qəzasında ölən və yaralananların adları məlum olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, qəza zamanı ağır bədən xəsartələri alan Şəki şəhər sakini, 1957-ci il təvəllüdlü Məmmədkərimov Mövsüm Əli oğlu hadisə yerində ölüb.

Xəsarət alanlar isə Şəki Şəhəri Böyük Dəhnə kənd sakinləri - Allahverdiyev Orxan Nofəl oğlu (1992), Məmmədkərimov Əli Mövsüm oğlu (1986), Pirməmmədov Tural Namiq oğlu (1988) və Məmmədkərimov Mahal Mövsüm oğludur (1991).

Ölən və xəsarət alanların hamısı "VAZ-2106" markalı avtomobildə olub. 

Qəzada iştirak edən "Mitsubishi" markalı "Picap" avtomobili "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinə məxsusdur.