\
10 Oktyabr 2024 - Cümə axşamı

Atası ilə zibil yığan qız məktəbə yazıldı

Atası ilə zibil yığan qız məktəbə yazıldı
1587baxış

Atası İlqar Vasilyeviçlə birlikdə zibil yığan 10 yaşlı Anjelina təhsilə cəlb olunub. Belə ki, Raskopa Anjelinanın təhsil məsələsi Təhsil Nazirliyinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin operativ müdaxiləsi nəticəsində həllini tapıb.
Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətinin rəhbəri Bəşarət Məmmədov Mediapress.az-a məlumat verilib. Bildirilib ki, bu gün 10 yaşlı Anjelina Bakı şəhəri 81 nömrəli tam orta məktəbdə Fərdi Təhsilə cəlb olunub.
Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsi adından Anjelinaya məktəbli ləvazimatları və çanta təqdim olunub. Həmçinin, məktəbliyə yeni dərsliklər verilib.
Bununla yanaşı, məktəbin psixoloqu Anjelinanın təhsil mühitinə uyğunlaşması və özünəinamının artırılması üçün onunla xüsusi məşğul olacaq.
“Bir daha valideynlərə əsas tövsiyəmiz ondan ibarətdir ki, uşaqlarının heç bir halda məktəbə qəbulunu yubatmasınlar. Dövlətin yaratdığı təhsil imkanları hamı üçündür və hər bir uşağın məktəbə cəlb olunması, hərtərəfli vətəndaş kimi yetişməsi ümumilikdə cəmiyyətin uğurudur”,- deyə B.Məmmədov söyləyib.