\
10 Oktyabr 2024 - Cümə axşamı

Azərbaycanın daxili işlər orqanlarında yeni təyinatlar oldu

Azərbaycanın daxili işlər orqanlarında yeni təyinatlar oldu
1565baxış
Azərbaycanın daxili işlər orqanlarında yeni təyinatlar olub.
 
Bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
 
Əmrə əsasən, Yasamal Rayon Polis İdarəsinin (RPİ) 28-ci Polis Bölməsinin (PB) rəisi, polis polkovnik-leytenantı Eldar Qazıbəyov Nəsimi RPİ-nin əməliyyat işləri üzrə rəis müavini təyin olunub.
 
Nazirin digər əmri ilə 28-ci PB-nin keçmiş rəisi, polis polkovnik-leytenantı Hüseyn İmanov yenidən həmin bölmənin rəisi təyin olunub.
 
Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev məlumatı "Report"a təsdiqləyib.