\
10 Oktyabr 2024 - Cümə axşamı

PKK azyaşlı bacı-qardaşın ölümünə səbəb oldu

PKK azyaşlı bacı-qardaşın ölümünə səbəb oldu
1414baxış
Türkiyənin Ovacıq rayonunun Bilgec kəndində qəfildən bomba partlayıb və ətrafda oynayan iki azyaşlının ölümünə səbəb olub.
 
 
 
Moderator.az xəbər verir ki, hadisə baş verərkən bacısı ilə oyun oynayan 8 yaşlı Ayaz hadisə yerindəcə dünyasını dəyişib. Bacısı 4 yaşlı Nupelda isə türk əsgərlərinin sayəsində helikopterlə 
Elazığ Firat Universiteti Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, qızcığazın həyatını xilas etmək mümkün olmayıb. 
 
Yerli orqanların araşdırmaları zamanı bəlli olub ki, bomba əldəqayırma olub. Və məhz PKK terrorçuları tərəfindən hazırlanaraq, qəsdən kəndin mərkəz hissəsindəki torpağa basdırılıb.
 
Könül