\
10 Oktyabr 2024 - Cümə axşamı

Nəqliyyat Xidməti 400 dollar cərimə İDDİALARINA CAVAB VERDİ

Nəqliyyat Xidməti 400 dollar cərimə İDDİALARINA CAVAB VERDİ
1388baxış
Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) bir neçə gün əvvəl sosial şəbəkələrdə gürcü nömrə nişanlı avtonəqliyyat vasitəsilə ölkədaxilində qeyri-qanuni sərnişin daşımasını icra edən Gürcüstan Respublikasının vətəndaşına 400 dollar cərimə yazılması iddialarına cavab verib.
 
Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Hüquqi təminat və nəzarət işinin təşkili şöbəsinin müdiri Fuad Məmmədov Modern.az-a bildirib ki, bu, çaşqınlıq yaradan informasiyalardır:
 
“Bir neçə gün öncə sosila şəbəkədə yayılan videoda müfəttişimizin gürcü nömrə nişanlı avtonəqliyyat vasitəsilə ölkə daxilində qeyri-qanuni sərnişin daşımasını icra edən Gürcüstan Respublikasının vətəndaşına məlumat üçün səsləndirdiyi 400 dollarla bağlı cərimə haqqında ictimaiyyət arasında çaşqınlıq yaradan informasiyalar yayılıb. Məlumat üçün deyim ki, "Dövlət Rüsumu haqqında" Qanunun Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi üçün dövlət rüsumunun dərəcələrinə dair 24-cü maddəsinin 24.6-cı bəndinə müvafiq olaraq rüsumun məbləği 400 dollardır".
 
F.Məmmədov DANX-ın müfəttişinn davranışı barədə daha geniş açıqlamanı gələn həftə verəcəyini bildirərək, hazırda sadəcə "400 dollar" məsələsinə aydınlıq gətirmək istədiyini vurğulayıb.
 

Mediapress.az